Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya ixracına start verilib.
Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, bu addım təkcə iqtisadi layihə deyil, həm də Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni strateji körpünün yaradılmasıdır.
"TAP və TANAP boru xətləri vasitəsilə Azərbaycan qazı artıq İtaliyaya qədər çatdırılır, indi isə Suriyaya ixracla enerji təchizatının coğrafiyası genişlənir. Azərbaycanın Yaxın Şərq enerji bazarına daxil olması regionda yeni neytral və çevik oyunçunun meydana çıxması, həmçinin Ankara-Bakı enerji ittifaqının təsirinin güclənməsi anlamına gəlir. Bu marşrut Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını göstərir", ‒ deyə deputat vurğulayıb.
Ətraflı Baku TV-nin videomaterialında: