Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı
Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.
Oxu.Az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, təkcə 2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyalarının həcmi 516 milyon dollar yüksəlib.
İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə noyabr ayında reallaşıb və həcmi 178 milyon dollar olub. Ən az sərmayə qoyuluşu isə 13 milyon dollar olub və bu tranş ilin sonunda - dekabrda reallaşıb.
Azərbaycandan Türkiyəyə birbaşa investisiyaların həcminə gəlincə, bu rəqəm 489 milyon dollar təşkil edir.
Qeyd edək ki, ümumilikdə ötən il Türkiyəyə qoyulan xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda dördmərtəbəli bina çökdü
- Azərbaycanlı aktyorun da rol aldığı Türkiyə serialında "Ay Laçın" xalq mahnısı səsləndirilib
- Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?
- Türkiyədə məşhur balıqdan qızılgül yetişdirildi
- Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirə kitabında Ərdoğanla görüşündən yazdı