Bu ilin birinci yarısının yekununa görə, Azərbaycanın valyuta ehtiyatları 39 milyard 401,8 milyon dollar təşkil edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunun 89,13%-i və yaxud 35 milyard 117,9 milyon dolları Dövlət Neft Fondunun, 10,87%-i və yaxud 4 milyard 283,9 milyon dolları isə Mərkəzi Bankın payına düşüb.
Uzun fasilədən sonra bu ilin ikinci rübündə ölkənin valyuta ehtiyatları 1,09 milyard və yaxud 2,85% artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatlarının həcmində 4 milyard 901,7 milyon dollar və yaxud 11,06% azalma var.
