2016-cı il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 7 milyard 448,7 milyon dollar (11 milyard 486,6 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21% təşkil edib.
Bu barədə Maliyyə Nazirliyindən Oxu.Az-a bildirilib.
Nazirlikdən qeyd edilib ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
“Xarici dövlət borcunun 82,3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17,7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib”, - deyə nazirlikdən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az