Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Azərbaycan-Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", - M.Cabbarov qeyd edib.
🇦🇿🇵🇰 Pakistana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri cənab Şahbaz Şərifin (@CMShehbaz) qəbulunda olduq. #Azərbaycan - #Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və #iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük.… pic.twitter.com/rtiwEBR7mT
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 8, 2025