Ukraynanın Suma vilayətinin administrasiya rəhbəri Nikolay Kloçko azərbaycanlı investor ilə Romensk rayonu ərazisində 22 milyon dollar həcmində sərmayə yatırılması və 220-250 min ton soya emal edəcək zavodun tikilməsinə dair razılığa gəlib, Oxu.Az OQA-ya istinadən xəbər verir.
“Bundan başqa, vilayətin Belopol rayonu ərazisindəki Veliko-Jovtnev şəkər zavodunun bazasında alternativ yanacaq – bietanol istehsal edəcək müəssisə işə başlayacaq.
2016-cı ilin 1-ci yarısında işə başlayacaq müəssisəyə azərbaycanlı investor tərəfindən 30 milyon dollar sərmayə yatırılacağı gözlənilir”, - N.Kloçko deyib.
N.Kloçko bu investisiya layihələri haqqında inamla danışıb, belə ki, onlar “konkret razılaşma və fəaliyyətə” əsaslanırlar.
O qeyd edib ki, soya emalı zavodunda 200 iş yerinin açılması nəzərdə tutulur.
OQA investorlar haqqında başqa məlumata hələ ki sahib deyil.
Dövlət reyesterinin məlumatına görə, “Jovtnev şəkər zavodu” MMC-nin (Suma) sahibləri eyni payla Azərbaycanın Xarkovda fəxri konsulu Əfqan Salmanov və Suma sakini Gennadi Volskidir.