İlin sonuna qədər neftin qiyməti indiki səviyyədə qalacaq, “Lukoyl”un prezidenti Vagit Ələkbərov (əslən azərbaycanlıdır) buna əmindir.
Bu proqnozu o, TASS-a verdiyi müsahibəsində cümə axşamı, oktyabrın 1-də bildirib.
“Heç nə dəyişməyəcək”, - neft şirkətinin rəhbəri bildirib.
2015-ci ilin yanvar ayından sentyabr ayına qədər Urals markalı Rusiya neftinin qiyməti 54,41 dollardan ibarət olub.
Keçən ilin analoji dövründə Uralsın bir bareli üçün qiymət 105,70 dollardan ibarət idi. Beləliklə, bir il ərzində qiymət 1,9 dəfə azalıb.
İyunun ortasında Ələkbərov bəyan edib ki, yaxın üç ildə neftin bir barelinin qiyməti 60-70 dollar olacaq.
“Bu qiymət konservativ olsa da yatırdığımız maliyyənin nəticələrini nəzərə almaq imkanı verəcək”, o bildirib.