“U2” qrupunun solisti Bononun 24 yaşlı qızı Eve Hewson “GQ” jurnalının yeni sayı üçün obyektiv qarşısına keçib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Bononun Ali Hewson ilə evliliyindən dünyaya gələn qızının cəsarətli pozalarını fotoqraf Bjorn İoos çəkib.

Eve Hewson atası qədər məşhur olub-olmayacağıyla bağlı suala “Elə bir simam var ki, məni heç kim xatırlamayacaq” deyə cavab verib.

Evə Hewson 2011-ci ildə Sean Pennin də rol aldığı “This Must Be The Place” adlı filmdəki obrazı ilə diqqət çəkmişdi. Daha sonra digər filmlərdə rol alan Eve son olaraq “Bridge of Spies” adlı ekran əsəri üçün kamera qarşısına keçib.

Qeyd edək ki, Bono və Ali Hewson məşhurların arasında ən möhkəm evlilikləri olan cütlük kimi tanınırlar. Onların Eve Hewson-dan başqa Jordan adında 26 yaşında qızı, 16 yaşında Elijah və 14 yaşında John adında oğulları var.

Aytən Sadıqzadə
www.oxu.az