2015-ci ilin yanvar-fevral aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əmtəə satılıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3%-i bəndi artıb.
Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7%-ni hüquqi şəxslərin, 7,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9%-ni qeyri-ərzaq malları təşkil edib.
2015-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 milyon manat olub. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 milyon manat təşkil edib.
www.oxu.az