Çilidə Vilyarrika vulkanı püskürməyə başlayıb.
Oxu.Az xəbər verir ki, Cənubi Andda yerləşən vulkan 1000 metr hündürlüyə qalxan lava və kül püskürməyə başlayıb.
Operativ tədbirlər nəticəsində, 2840 metrlik vulkanın ətəyində yerləşən Pukon şəhərindən cəmi yarım saatın içində 3-4 min adam təxliyyə edilib.
Hakimiyyət “qırmızı” təhlükə səviyyəsi elan edib və lazım olarsa orada qalan digər insanları da təxliyyə etmək üçün vulkanı müşahidə edirlər.