2014-cü ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq əmtəə satılıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz artım deməkdir.
DSK-nin məlumatına görə, istehlak mallarının 51,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 48,7 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.
2014-cü ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil edib.
Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az