Əminliklə deyə bilərik ki, son üç ildə ölkənin turizm obyektlərində qiymət artımı müşahidə edilmir. Hələ dörd il bundan öncə bir il ərzində rəqabətin artması sayəsində turizm bazarında qiymətlərin enməsinə nail olmuşuq.
Bu proseslərdən sonra bazarda qiymətlərin artması müşahidə edilməyib və hal-hazırda ölkənin istənilən ərazisində istənilən kateqoriyaya aid vətəndaşlar turizm xidmətlərindən istifadə edə bilərlər.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.
Onun sözlərinə görə, indi turistlər Azərbaycanın bəzi ərazilərində otel və kempinqlərdə səhər yeməyi də daxil olmaqla 25-30 manata istirahət edə bilərlər. Əlbəttə 200-300 manata olan otellər də var.
“Bu diapazon mövcuddur; hər kəs öz asudə vaxtını imkanlarına əsaslanaraq keçirməlidir” – nazir deyib.