Rublun məzənnəsinin kəskin azalması ilə əlaqədar Moskvada daşınmaz əmlakın dollar qiymətinin aşağı düşməsı Moskvada mənzillərə xarici alıcıların tələbatının nəzərəçarpacaq dərəcədə artımına səbəb olmayıb. Lakin MDB ölkələrinin vətəndaşlarının Rusiya paytaxtında elit evlərə marağı artmağa başlayıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə rieltor şirkətləri bildirib.
“Əgər uzaq xaricdən olan alıcıların tələbatı sıfra enibsə, yaxın xaricdən olanlar isə əksinə hazırda elit yaşayış yerləri bazarında fəal oyunçulardır. Söhbət Qazaxıstan, Azərbaycan və digər ölkələrin nümayəndələrindən gedir”,- rieltor şirkətlərdən birinin eksperti deyib.
MDB ölkələrindən olan əksər alıcılar Moskvada elit evləri uzunmüddətli yaşayış üçün alırlar.