“Forbes Russia” Rusiya əmlak bazarının krallarını müəyyənləşdirib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, 2013-cü il üzrə bu reytinqdə birinci yeri əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanov cütlüyü tutub.
Onlar ötən il daşınmaz əmlakın icarəsindən 1280 mln. ABŞ dolları əldə ediblər.
Hazırda varidatları 3 mlrd. ABŞ dolları miqdarında ölçülən Z.İliyev və Q.Nisanov cütlüyünə “Yevropeyski” TV Mərkəzi (sahəsi 63 min kv. m), “Redisson Royal Moscow” oteli (535 otaq), o cümlədən bir sıra ticarət və yarmarka obyektləri məxsusdur.
