Azərbaycan Prezidenti İlham Əliyev Fransaya səfərə gedəcək.
Oxu.Az xəbər verir ki, diplomatik mənbədən SalamNews-a verilən məlumata görə, dövlət başçısının Fransaya səfəri AŞPA-nın yay sessiyası çərçivəsində reallaşacaq. Azərbaycan mayın sonundan etibarən Avropa Şurasına sədrlik edəcək.
Prosedur qaydaya görə, quruma sədrlik edən ölkənin XİN başçısı Avropa Şurasının ali qurumu olan Nazirlər Kabinetinin sədri olur:
“AŞ-yə sədrlik edən ölkənin XİN və dövlət başçısı AŞPA-nın sessiyalarında çıxış edir.
Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi, xarici işlər naziri Elmar Məmmdəyarovun sədrliyi müddətində AŞPA-nın sessiyalarında çıxış edəcək.
Bundan əlavə, ölkə başçısı İlham Əliyevin də AŞPA-nın sessiyasında çıxışı planlaşdırılır. Azərbaycan Prezidenti AŞPA-nın sessiyasında iştirak etmək üçün Strasburqa səfərə gedəcək”.
Prezident İlham Əliyevin Strasburqa səfəri zamanı AŞ və AŞPA-nın rəhbərliyi ilə görüşləri nəzərdə tutulur.