Azərbaycanda əsas elektrik enerji təchizatçısı hesab olunan “Azərenerji” ASC cari ilin yanvar ayı üzrə fəaliyyət hesabatı təqdim edib.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən Mərkəzi Dispetçer İdarəsinə istinadən verilən rəsmi məlumatda qeyd olunub.
Məlumatda qeyd olunur ki, cari ilin yanvar ayı üzrə istehsal edilmiş elektrik enerjisinin həcmi təxminən 2,2 milyard kVt/saat təşkil edib.
Keçən ilin analoji göstəriciləri ilə müqayisədə həcmdə 5% həddində artım müşahidə olunub.
Qeyd edək ki, keçən il ərzində “Azərenerji” ASC 21,5 milyard kVt/saat elektrik enerjisi hasil edib.