Cari ilin aprelin 1-nə bank aktivləri 21,418 mlrd. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının rəsmi saytında yerləşdirilib.
Məlumata görə, 1 aprel 2014-cü il tarixinə ölkənin iqtisadiyyatına kredit qoyuluşları 15,427 mlrd. manat təşkil edib.
Həmçinin, hesabat tarixinə əhalinin əmanətləri 6,656 mlrd. manat təşkil edib, bu isə 2014-cü ilin 1 mart tarixinə olan göstəricidən 0,98% çoxdur (6,591 mlrd. manat).
1 aprel 2014-cü il tarixinə bankların məcmu kapitalı 3,571 mlrd. manat əşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az