Azercell-in Facebook fan səhifəsindən istifadə zamanı istifadəçilər müvəqqəti çətinliklə qarşılaşa bilərlər.
Bu barədə Oxu.Az-a “Azercell”-dən bildirilib.
“Hal-hazırda tərəfimizdən müvafiq tədbirlər görülür və qısa müddət ərzində bütün istifadəçilər üçün Facebook səhifəmizdən istifadə imkanı bərpa ediləcək” - deyə, şirkət qeyd edib.
Xatırladaq ki, artıq iki gündür şirkətin rəsmi səhifəsindən istifadə də problemlər yaşanır.

Ülviyyə R. Əli
www.oxu.az