Azercell şirkəti Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərlə bağlı son günlər mətbuatda gedən yazılara cavab olaraq açıqlama yayıb.
Şirkətdən Oxu.Az-a verilən məlumata əsasən, şirkət bildirir ki, Azercell şirkəti tərəfindən Whatsapp əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayib və bununla bağlı şirkətin şəbəkəsində heç bir problem qeydə alınmayıb.
Məlumatda qeyd olunub ki, Azercell şirkəti “WhatsApp”dan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır.