Türkiyədə bu il beşinci dəfə təşkil edilən “Miss Eurasia” gözəllik yarışmasında ikinci seçilən Katarina Podrezova tacının geri alınmasına reaksiya göstərərək otel personalının onu təcavüz etdiyini iddia edib.
Oxu.Az xəbər verir ki, final gecəsi sonrası otel personalını təhqir edərək oteldə söz-söhbət çıxardığı iddia edilən Podrezovanın qovulması tələb edilib və ikincilik tacı geri alınaraq ölkəsinə geri göndərilib.
Katarina Podrezova otel işçilərinin ona davamlı təcavüz etdiyini, otağına girdiklərini və bu səbəblə dalaşdıqlarını söyləyib. Daha əvvəl də gözəllik yarışmalarına qatıldığını deyən Katarina Podrezova “Miss Eurasia” gözəllik yarışması üçün “çirkli” və “utanmaz” yarışma ifadəsini işlədib.
Düşərgə daxilində gedilən gecə klublarında oradakı kişilərlə içki içməyə çətinlik çəkdiyini iddia edən Katarina Podrezova bu tələblərə qarşı çıxdığı üçün ona haqsızlıq edildiyini söyləyib. İkinci seçildikdən sonra müsabiqənin təşkilatçılarından bir nəfərin ondan tacını geri istədiyini deyən Katarina Podrezova yarışma ilə bağlı şərhində bu ifadələri söyləyib:
“Ertəsi gün konfrans təşkil edildi. Mənə tac verilərək səhv etdiklərini söylədilər. Bu hadisədən sonra qaldığımız oteldə mənə pis davranmağa başladılar. Otel işçiləri davamlı olaraq mənə təcavüz etdilər, hətta mən yatarkən otağıma belə girdilər. Oteldə dava saldığım iddiaları əsassızdır, mən özümü müdafiə etmişəm”.
Aytən Sadıqzadə
www.oxu.az