Azercell Telekom MMC şirkətinin prezidenti Kiril Qaburiç vəzifəsini tərk edib.
Bu barədə Oxu.Az-a şirkətdən bildiriblər.
Məlumata görə, şirkətlə Kiril Qaburiç arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
K.Qaburiç Azercell-in də daxil olduğu TeliaSonera Qrupunu tərk edərək, digər sahələrdə çalışmaq qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl Qaburiç Moldovanın Moldcell şirkətinin prezidenti vəzifəsini tutub.
2015-ci il yanvarın 5-dən yeni prezident təyin edilənədək şirkətin prezidenti vəzifəsini Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyev icra edəcək.