Son günlərdə erməni KİV-i Rusiyanın “KamAz” şirkəti və Azərbaycan arasında Gəncədə “KamAz” avtomobillərinin yığılması haqqında müqaviləni fəal şəkildə müzakirə edir. Bu proses 2015-ci ildən başlayacaq.
Oxu.Az xəbər verir ki, erməni portalı “1in.am” bu müqaviləyə “Ermənistana 170 milyonluq şillə” adlı məqalə həsr edib.
Məqalədə qeyd edilir ki, faktiki olaraq Rusiya Azərbaycanı başdan ayağa silahlandırmaqla qalmır, həm də Azərbaycanı iqtisadi tərəfdən də gücləndirir.
“Ermənistan Moskva üçün sadəcə siyasi əlaqədir və onun üçün heç bir iqtisadi maraq kəsb etmir. Bu, Rusiya-Azərbaycan iqtisadi sazişi Aİİ-nin 170 milyonluq bazarı haqqında nağılı boşa çıxarır. Əslində Ermənistana 170 milyon şillə vurulur”.
Məqalədə qeyd edilib ki, Azərbaycan-Rusiya sazişi Ermənistan üçün Rusiyanın həm iqtisadi, həm də təhlükəsizlik sahəsində strateji maraqların tamamilə başqa yerdə olmasını və Ermənistan ilə “ittifaq”ın onun üçün yalnız kağız üzərində olmasının sübutudur.