"Azəriqaz" İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Oxu.Az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub.
İB bildirir ki, tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.
Bundan əlavə, qurum qeyd edir ki, “Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az