“Azərkosmos” tərəfindən dünyanın 30 ölkəsinə 30,9 milyon ABŞ dolları həcmində peyk, kommunikasiya və optik peyk xidmətləri ixrac edilib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Belə ki, bu, ötən dövrlə müqayisədə, 2 faiz çox olub. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 11 ölkəsinə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
Yanvar-sentyabr aylarında, əsasən, “Azərkosmos” ABŞ, Böyük Britaniya, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirliklərinə xidmət ixracı həyata keçirib.
Nigar Məmmədova
