Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-də yeni təyinat olub.
Oxu.Az-ın məlumatına görə, Xəyyam Emin oğlu Əlizadə “Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin edilib.
O, 2005-2008-ci illərdə müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb. Eləcə də, 2008-2021-ci illərdə müxtəlif şirkətlərdə fəaliyyət göstərib.
Yeni baş direktor müavini vəzifəsinə 22 fevral 2021-ci ildən başlayıb.
