Martın 6-da Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə Batumidə (Acarıstan Muxtar Respublikası) biznes forum keçiriləcək.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze bildirib.
“Batumi şəhərində 4-cü Türkiyə-Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək. Tədbir çərçivəsində Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin Türkiyə və Azərbaycanın iqtisadiyyat nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur”, - Kereselidze deyib.