Oktyabrın 24-də Bakı-Böyük Kəsik istiqamətindəki Salahlı-Poylu mənzilində 7 kilometr dəmir yolunun əsaslı təmirinə başlanılıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən bildirilənə görə, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən təmir işlərinin beş gün ərzində başa çatdırılması nəzərdə tutulur.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri aparır. MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında köhnə yolun 500 metr hissəsi sökülüb.