Bakı Bulvarının ərazisində, köhnə “Sadko” kafesinin yerində yeni pavilyon tikilir.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, “Caspian Sea Water Pavilion” adlı layihənin icrası davam etdirilir və artıq tikilinin estakadaları quraşdırılıb.
Daha əvvəl burada köhnə “Sadko” kafesinin bərpa ediləcəyi və yeni layihə əsasında tikiləcəyi bildirilirdi. Lakin sonradan ərazidə quraşdırılmış və səkkiz guşəli ulduza bənzəyən estakadalar sökülərək yeni layihəyə uyğunlaşdırıldı.
Tikilməkdə olan pavilyondan istirahət və əyləncə, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün istifadə etmək mümkün olacaq.