Avqust ayının 24-dən 25-nə keçən gecə Bakı dairəvi yolu bağlanıb.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, Nəqliyyatın intellektual idarəsi Mərkəzində bildiriblər ki, Bakı dairəvi yolunun, Bakı-Sumqayıt yolu ilə kəsişməsindən “Sədərək” TM-in yaxınlığında yerləşən yolötürücüyə qədər olan hissəsi bağlanıb.
Yolun bağlanma səbəbi, iritutumlu avtomobillərin ağırlığından yararsız hala gələn köhnə asfalt örtüyünün dəyişdirilməsidir.
Təmir işləri çərçivəsində asfalt örtüyü tamamən sökülərək yenilənəcək.
