Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı dəmir yolu vağzalı köçürüləcək
Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzinə çoxlu sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur.
“Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni vağzal üçün yer ayrıla bilər”.
Şöbə müdiri vurğulayıb ki, şəhərin mərkəzində iki dəmir yolu xəttinin qalması planlaşdırılır: “Həmin xətlər Bakı kəndlərinə gediş-gəlişi təmin etmək üçün nəzərdə tutulub. Dəmir yolu vağzalının yerləşdiyi ərazi yaşıllığın artırılması üçün istifadə ediləcək. Bu, həm də paytaxtın mərkəzi hissəsində səs-küyü, insanların narahatlığını aradan qaldıracaq”.
E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?