Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirib.
Onun sözlərinə görə, hazırda metropolitendə gedişhaqqı 20 qəpikdir.
“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqıdan azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Tarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Tarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 May” stansiyası təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.