Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı metrosunda mobil rabitə şəbəkəsi 100% təmin ediləcək
Gələn il “Bakı Metropoliteni” QSC-nin ərazisində mobil rabitə şəbəkəsi 100% təmin ediləcək.
Bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, növbəti ildə “Xocəsən” stansiyasında da mobil rabitə şəbəkəsi qurulacaq.
“Hazırda Xocəsən stansiyası istisna olmaqla bütün stansiyalarda mobil rabitə şəbəkəsi mövcuddur. Yeni istifadəyə verilmiş “Xocəsən” stansiyasının isə yalnız yerüstü hissəsində şəbəkə mövcuddur. Tuneldə və stansiya daxilində şəbəkənin qurulması isə gələn il yekunlaşacaq. Bununla da metronun bütün stansiyalarında kəsintisiz mobil rabitədən istifadə mümkün olacaq”, - deyə metro rəsmisi qeyd edib.