Bu gün səhər saatlarında Bakı Metropolitenində problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb.
N.Paşayevin sözlərinə görə, metronun “Nizami” – “Elmlər Akademiyası” stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib, nəticədə qatar təxminən 10 dəqiqə gecikib:
““Nizami” metrostansiyasında sərnişinlər düşürdülüb və nasaz qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb”.
N.Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.
09:30
Bu gün Bakı metrosunun fəaliyyətində problem yaranıb.
Oxu.Az-a verilən məlumata görə, saat 08.30 radələrində “İnşaatçılar” metrostansiyasında qatar 25 dəqiqə yubanıb.
Qatarın gecikməsi nəticəsində “İnşaatçılar” metrostansiyasında böyük sıxlıq yaranıb.