Bir neçə gündür ki, redaksiyamıza Bakıda Avropa Oyunları zamanı istifadəyə verilmiş yeni metro qatarlarının xətdən yığışdırılması barədə məlumat daxil olur.
Oxu.Az-a daxil olan müraciətlərə görə, vaqonlar Avropa Oyunlarına görə müvəqqəti xəttə buraxılmışdı, hazırda isə xətdən yığışdırılıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, qatarların hər üçü xətdədir:
“Yeni qatarların sayı üçdür. Onlar bütün istiqamətdə istifadə olunur. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir”, - N.Paşayev deyib.
Elvin Əhmədov
www.oxu.az