Hal-hazırda Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin rekonstruksiyası gedir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azəryolservis”ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev danışıb.
Onun sözlərinə görə, yolun sahəsinin uzunluğu 11,15 km-dir.
Yol boyu 6 körpü, 7 dairəvi hərəkətli kəsişmə tikiləcək.
Torpaq işlərinin 98%-i, asfalt-beton örtüyünün 80%-i yerinə yetirilib. İşlərin 2014-cü ildə sona çatdırılması planlaşdırılır.