Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı-Tbilisi-Qars: Şərqdən Qərbə gedən yol – VİDEO
Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə həsr olunmuş videoçarx təqdim edib.
Oxu.Az xəbər verir ki, videoçarxda hazırda inşa işləri tamamlanma mərhələsində olan Bakı-Tbilisi-Qars layihəsi, layihənin Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də Şərqin və Qərbin, Asiya və Avropanın digər dövlətləri üçün yaradacağı iqtisadi imkanlardan bəhs olunur.
Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası sazişi 2007-ci il fevralın 7-də imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə, ümumilikdə, 775 milyon dollar məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Bu ilin sonunadək BTQ dəmir yolu ilə Türkiyə sərhədinədək ilk işçi qatarın yola salınması nəzərdə tutulur. Ümumiyyətlə, bu nəqliyyat dəhlizinin 2015-ci ilin ikinci yarısında tam istifadəyə verilməsi planlaşdırılır.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Bakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək.

Mövzuya aid xəbərlər
- MDB və Baltikyanı ölkələrin dəmiryolçuları Bakıda iclas keçirirlər - VİDEO + FOTO
- İlham Əliyev Gəncə vaqon istehsalı zavodunun təməlini qoyub - FOTO + VİDEO
- Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş konfrans keçirildi – FOTOREPORTAJ
- Ziya Məmmədov: BTQ dəmir yolu xətti Trans-Avropa dəmir yolu şəbəkələrini birləşdirəcək
- Bakıda İpək Yoluna həsr olunmuş beynəlxalq konfrans keçirilir