Sərnişin qıtlığı ilə əlaqədar Bakı-Təbriz-Bakı aviareysi üzrə uçuşlar oktyabr ayına qədər dayandırılır.
Bu barədə Oxu.Az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.
Xidmət rəisinin sözlərinə görə, bu istiqamət üzrə sonuncu reys fevralın 3-ü yerinə yetiriləcək və cari ilin oktyabr ayınadək uçuşlar dayandırılacaq.