“Azərbaycan Dəmir Yolları” QSC-nin qatarlarının həyata keçirdiyi Bakı-Xarkov dəmiryol reysi Ukraynadakı hərbi əməliyyatlar zonasından keçmir.
Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün Bakı-Xarkov reysinin marşrutunda dəyişiklik edilib:
“Bakı-Xarkov reysləri normal rejimdə çalışır, lakin təhlükəsizlik sərnişin daşımalarının həyata keçirilməsində ən vacib məsələdir. Məhz ona görə Xarkov reysi üzrə hərəkət marşrutunda dəyişiklik edilib ki, bu da qatarların yay hərəkət qrafikində öz əksini tapıb”.
Xarkov qatarı hər dörd gündən bir saat 21:50-də Bakıdan yola düşür.
Daşımaların təhlükəsizliyindən danışarkən Əzməmmədov qeyd edib ki, Dağıstan ərazisindəki dəmir yolunda bir sıra partlayışların baş verməsindən sonra Rusiya istiqamətində dəmiryol reyslərini qrafiki elə tərtib olunur ki, qatarlar Dağıstan ərazisindən gündüz saatlarında keçsin.(Trend).