Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda avtobuslara arxa qapıdan minmək mümkün olmayacaq
Paytaxtda sərnişin avtobuslarına turniketlər quraşdırılacaq.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, bu barədə “Bakısərnişinnəqliyyatı” Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov məlumat verib.
E.Əzməmmədov bildirib ki, turniketlər avtobusların həm qabaq, həmçinin də arxa qapılarının astanasına quraşdırılacaq:
“Qabaq qapıya keçid aparatları quraşdırılacaq.
Sərnişinlər qabaq qapıdan minib vladiatorlara kartla gediş haqlarını ödədikdən sonra keçid aparatı açılacaq və sərnişin avtobusun salonuna daxil olacaq. Arxa qapıya isə sərnişinlərin minməsini əngəlləyən turniketlər quraşdırılacaq. Belə ki, arxa qapıya quraşdırılan turniket ancaq avtobusdan düşənlər üçün yol açacaq. Turniket əks istiqamətə fırlanmadığından, sərnişinlərin arxa qapıdan avtobusa minməsi mümkümsüz olacaq.
Dayanacaqlarda kart yükləyicilərin quraşdırılması başa çatdıqdan sonra avtobuslara turniketlərin quraşdırılmasına start veriləcək”.
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?