Bakının iki prospektində yolun bağlı olması ilə əlaqədar tıxac yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, Ziya Bünyadov prospektinin Aşıq Molla Cüma küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar Azadlıq prospektində və Atatürk prospektində tıxac yaranıb.
Sürücülərə həmin istiqamətdə nisbətən az hərəkət etmələri və alternativ olaraq Əhməd Rəcəbli küçəsindən istifadə etmələri tövsiyə olunur.