Bakıda dünyaca məşhur fast-food şəbəkəsi olan “Burger King”in restoranı açılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanda bu restoranının françayzinq çərçivəsində fəaliyyət göstərəcəyinə dair xəbərlər bir neçə il əvvəldən yayılmışdı.
Belə ki, o zaman Türkiyənin qida şirkəti “TAB GİDA” Gürcüstan və Azərbaycanda bu restoranların açılması ilə bağlı françayzinq aldığını bildirirdi.
“Burger King Corporation” – ABŞ şirkətidir. Mənzil qərargahı Florida ştatında, Mayami-Deyddə yerləşir. 2013-cü ilin sonuna olan göstəricilərə əsasən, “Burger King” dünyanın 79 ölkəsində 13 min restorana sahibdir. Bunun 66%-i ABŞ-da yerləşir. Onlardan 90%-i françayzinqdir.
L.Ə.
www.oxu.az