Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər olan 3,4 kilometrlik yol hissə-hissə bağlanacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, bu, adıçəkilən yerlərdə yolun asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar həyata keçiriləcək:
“Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı olaraq aprelin 6-dan 7-nə keçən gecə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək yerdə tunelin çıxışına qədər olan hissə mərhələli şəkildə məhdudlaşdırılacaq”.
P.Mürsəliyev qeyd edib ki, təmir işləri təxminən 5-6 gün çəkəcək.
Yolun bu hissəsi hazır olduqdan sonra açılaraq istifadəyə veriləcək və yolun növbəti hissəsinin yenilənməsinə başlanılacaq.