Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi binasının tikilişi davam edir.
Oxu.Az xəbər verir ki, yeni aerovağzal kompleksi ildə 6 milyonadək sərnişinə xidmət edə bilər. Kompleksin ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Üçbucaqşəkilli bina 4 mərtəbədən ibarətdir.
Kompleksin terminalında 18 eskalator və 20 sərnişin lifti fəaliyyət göstərəcək.
Yeni kompleksin işində elmi-texniki tərəqqinin beynəlxalq aviasiya sahəsində olan son nailiyyətləri tətbiq olunacaq.
Aviasərnişinlərə xidmət yüksək dünya standartlarına cavab verəcək.