Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir
Bakıda yerli və xarici dövlət rəsmilərinin də iştirak etdiyi "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir.
"Report" xəbər verir ki, tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Beynəlxalq Hakimlər İttifaqının (IA) prezidenti Duro Sessa, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Turkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və digər rəsmilər iştirak edirlər.
İki sessiyadan ibarət olan konfransda Azərbaycanın ev sahibliyi etdiyi COP29 üzrə planlar və gözləntilər, Beynəlxalq Hakimlər İttifaqının ətraf mühit hüququ sahəsində rolu, ekoloji ədalət mühakiməsinə regional və beynəlxalq səviyyədə çıxışa dair məhkəmə əməkdaşlığı üzrə təcrübə, iqlim dəyişikliyi üzrə məhkəmə mübahisələri - beynəlxalq və milli müstəvidə mövcud olan tendensiyalar və uğurlu nümunələr, həmçinin iqlim dəyişikliyi üzrə beynəlxalq hüquqi baza - BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Paris Sazişinin əsas tələbləri və digər mövzular müzakirə ediləcək.
"COP29" teqi üzrə xəbərlər
- Moldovanın energetika naziri: "Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyə can atırıq"
- Üç ölkə AİB və AİİB ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlıq edəcək
- Pezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni dönəm
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Yaşıl dünyaya töhfə verənlər: Günəş paneli almaq istəyənlər nələri bilməlidirlər?