Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda II Türk Ticarət Sərgisi keçiriləcək
Bakıda II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçiriləcək.
Oxu.Az xəbər verir ki, tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "ROK Expo" şirkətinin təşkilatçılığı ilə iyunun 10-12-də Bakı Ekspo Mərkəzində baş tutacaq.
Bu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək və bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyan səkkiz ölkənin dövlət qurumları tərəfindən dəstəklənən, türk dövlətlərinin iş dünyasının ən böyük görüşü olan sərgi və forumdur.
II Türk Ticarət Sərgisində 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək.
Qeyd edək ki, birinci Türk Ticarət Sərgisi 2024-cü il noyabrın 7-9-da İstanbul Sərgi Mərkəzində təşkil edilmişdi.
Elçin Aslangil