Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Vüqar Bayramov: "Ötən il ölkəmizdə 50.3 milyard kubmetr təbii qaz hasil edilib"
"Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5.4 faiz böyüyüb. Bu, 3.2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcədə üstələyir. Türk dövlətləri 2.11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1.8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1.17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3.5 faizi deməkdir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir:
"Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50.3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kubmetrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan Avropanın 12 ölkəsinə mavi qaz nəql edir".
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Xalqın birliyinin rəmzi - Milli Qurtuluş Günü: Deputat tarixi faktları AÇIQLADI
- Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"
- Musa Quliyev: "15 İyun Azərbaycanın taleyini dəyişən tarixdir"
- Əli Məsimli: "İstilik və su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur"
- Sahil Babayev: "Tiblə bağlı vəsaitlərin səmərəli xərclənməsi üçün təkmilləşdirmələr aparılır"