Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp Avropanı məyus etdi: Putinlə telefon danışığı ABŞ-nin kursunu necə dəyişdi?
ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Vaşinqtonun Moskvaya qarşı siyasət kursunu dəyişərək, avropalı müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri yazıb.
Bildirilib ki, bu, Rusiya Prezidenti Vladimir Putinlə uzun sürən telefon danışığından sonra baş verib.
İki lider arasında iki saat davam edən danışıqların nəticəsi Avropa paytaxtlarında şok effekti yaradıb. Belə ki, Kremlə təzyiqlərin artacağının gözlənildiyi bir vaxtda Tramp həm sanksiyalar siyahısının genişləndirilməsi təklifini rədd edib, həm də Rusiya ilə ticarət əlaqələrinin bərpasının faydalarını da vurğulayıb.
"Vaşinqtonun mövqeyində bu gözlənilməz dönüş Qərb ölkələrinin vahid cəbhəsinə ümid edən avropalı siyasətçilər üçün ciddi zərbə oldu", - deyə ABŞ-li jurnalist Cennifer Renkin öz məqaləsində qeyd edib.
Avropadakı diplomatik mənbələr narahatlıqlarını bildirirlər ki, ABŞ-nin mövqeyinin yumşaldılması transatlantik alyansın birliyinə xələl gətirə və Rusiyaya qarşı kollektiv təzyiqi əhəmiyyətli dərəcədə zəiflədə bilər. Ekspertlər qeyd edirlər ki, ABŞ-nin dəstəyi olmadan hər hansı yeni sanksiyaların effektivliyi əhəmiyyətli dərəcədə azalacaq.
Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" nəşri də ABŞ və onun avropalı tərəfdaşları arasında Ukrayna münaqişəsinin nizamlanması məsələsində fikir ayrılıqlarından yazmışdı. Nəşrin məlumatına görə, Tramp Putinlə söhbətindən sonra Avropa liderlərinə "qeyd-şərtsiz atəşkəs" konsepsiyasına qarşı olduğunu bildirib. ABŞ prezidenti xüsusilə vurğulayıb ki, o, Ukrayna ərazisində mümkün atəşkəslə bağlı heç vaxt "qeyd-şərtsiz" ifadəsini işlətməyib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər
- Ərdoğan Trampla telefon danışığı zamanı İsrail-İran münaqişəsini müzakirə edib
- Milli Qvardiya küçədə, ştat rəhbərləri məhkəmədə - ABŞ tarixində nadir böhran
- Netanyahu İranı nüvə silahını terrorçulara ötürməkdə ittiham edib
- Putin və Tramp beşinci dəfə telefonda danışıblar