Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində IsDB İnstitutu ilə "Labuan" Maliyyə Xidmətləri İdarəsi arasında anlaşma memorandumunun mübadiləsi baş tutub.
Oxu.Az xəbər verir ki, sənəd İslam maliyyələşdirilməsi sahəsində əməkdaşlıq üçün səmərəli platformanın yaradılmasını nəzərdə tutur.
Memoranduma əsasən, IsDB İnstitutu tərəfindən "Labuan" Beynəlxalq Biznes və Maliyyə Mərkəzinin bazasında hazırlanmış "Əl-Kaa" azad zonalarının innovativ konsepsiyasının işlənilməsi və mümkün tətbiqi istiqamətində texniki əməkdaşlıq inkişaf etdiriləcək.
Sənədləri Labuan Maliyyə Xidmətləri İdarəsinin baş direktoru Afendi Raşti və IsDB İnstitutunun baş direktorunun səlahiyyətlərini icra edən Sami Əl-Suvaylem mübadilə ediblər.