Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda IV "Rebuild Karabakh" sərgisi keçiriləcək
Oktyabrın 15-17-də Bakı Ekspo Mərkəzində IV Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2024") keçiriləcək.
Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə agentlik xüsusi stendlə təmsil olunacaq.
Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar oktyabrın 8-nə qədər müvafiq formanı dolduraraq agentliyə müraciət edə bilərlər: https://bit.ly/3Rbs44I
"İştirak etmək istədiyiniz tədbir" bölümündə "Rebuild Karabakh 2024" qeyd olunmalıdır.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"
- 2024-cü ilin ən fəal sahibkarlarına mükafatlar təqdim edilib
- Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri AÇIQLANDI
- KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb