Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 6-da keçirilən hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
ƏMDK-dan Oxu.Az-a verilən məlumata görə, ötən həftə 2006-ci il istehsalı olan Chevrolet Lacetti 3 415 manata, 2003-cü il istehsalı olan KAMAZ-65115 isə 4 570 manata satılıb.
Qeyd edək ki, Bakının avtomobil bazarında 2006-cı il istehsalı olan Chevrolet Lacetti-nin qiyməti 7 200 dollar və ya 7 541 manat, 2003-cü il istehsalı olan KAMAZ-65115-in qiyməti isə 24 300 dollar və ya 25 452 manatdır.
Ülviyyə R. Əli
www.oxu.az